In 7 steps

When talking about gloves and their quality, two standards stand out: EN388 (see) and EN 407. The first certifies the cut resistance of the material, the second the heat resistance. Take a look at EN 407 with 7 easy steps.


1. Gloves have a limit

Many heat-resistant gloves are resistant to high temperatures. However, no gloves provide 100% complete protection, especially when in direct contact with fire. Therefore, it is important to keep in mind that gloves are designed to work in hot environments and to touch hot tools. The EN 407 standard specifies the degree and durability of these gloves.


2. signs and meanings

https://images.app.goo.gl/rPt7p9m6mSC7eY7H6


EN 407 standartı əlcəklərin arxa tərəfində kiçik alov işarəsi və altında rəqəmlərlə işarə olunur. Hər bir rəqəmin öz mənası vardır. Sırası altdakı kimidir:

• Yanma dözümlülüyü

• Istiliklə təmas

• Dolayı yolla isinmə

• Şua istiliyinə dözümlülük

• Ərinmiş metal (kiçik damlalar)

• Ərinmiş metal ( çox miqdarda)

Hər bir kateqoriya üzrə 0-dan 4-ə qədər mərhələlər vardır. Bəzən müəyyən kateqoriya üzrə heç bir test olmayıbsa, “N/A” şəklində göstərilir. Bir çox spesifikləşmiş əlcəklər var ki, onlarda bəzi testlərin nəticələri lazım olmaya bilər.


3. Yanma dözümlülüyü testi nədir?

EN 407 testləri arasında ən çox istinad olunanlardan biri də yanma dözümlülüyü testidir. Digər testlərin bir neçəsi də bu testə istinad edir. Məsələn, “istiliklə təmas” və “dolayı yolla” isinmə testlərində yüksək nəticə əldə edilsə belə, “yanma dözümlülüyü” yüksək deyilsə, bu dərəcələr də aşağı qeyd edilir. Görünür, tez alışdıqdan sonra nə qədər istiliyə dözdüyünün bir əhəmiyyəti yoxdur.

Yanma dözümlülüyü testini aşağıdakı cədvələ əsasən edirlər. Burada əsas meyar birbaşa odla təmas olandan və alışandan sonra hansı müddətə əvvəlki istiliyə qayıtması, sönməsidir.



4. Istilik keçirmə və istiliyə dözümlülük

Bir əlcək yüksək dərəcədə istiliyə dözümlü olub, eyni zamanda da həmin istiliyi istifadəçiyə ötürə bilər. Bu zaman əllər yanmasa belə, kifayət qədər narahat vəziyyət yaranır. Məsələn, dulusçuluqda, çörəkçilikdə və digər sahələrdə tez-tez isti əşyalara toxunmaq lazım gəlir. Bu vaxt “istiliklə təmas” və “dolayı yolla isinmə” testlərinin nəticələri əhəmiyyət kəsb edir. “İstiliklə təmas” 15 saniyə ərzində neçə dərəcə isti obyektə toxuna bilməkdir. 100° ilə 500° arasında dəyişir. “Dolayı yolla isinmə” isə əlcəyin birbaşa yox, dolayı yolla nə qədər gec isinməsidir. Ən əşağı müddət 4 saniyə, ən yüksək isə 18 saniyədən daha azdır.


5. Kənar istilik təsirləri

“Şua istiliyinə dözümlülük” deyiləndə tək günəş şuası yox, digər istilik daşıyan şualar nəzərdə tutulur. Bəzi mühitlər var ki, şualar və digər kənar təsirlər də istilik yayır. İstiliyə davamlı əlcəklər 5 saniyədən 150 saniyədək belə istilik mənbələrinə dözümlü olmalıdırlar.

Istiliyə davamlı əlcəklərin ən çox istifadə edildiyi sahələrdən biri də montaj və qaynaq işləridir. Bu vaxt əlcəyin kiçik ərimiş metal damlalarına dözümlülüyü də əsasdır. Buna görə də iki “Ərimiş metal dözümlülüyü” testi var. Birincidə kiçik damlaların sayı (5-35), ikincidə isə qramla çəkisi (30 qr – 200 qr) əsas götürülür.


6.Ən yaxşı əlcək ən uyğun əlcəkdir

EN 407 standartında ancaq ən yüksək nəticə almaq bir əlcək üçün böyük uğurdur. Amma bu əlcəyi sizə və gördüyünüz işə 100% uyğun etmir. Bəzi testlər və nəticələri ancaq müəyyən spesifik sahələr üçündür. Həmçinin, yüksək nəticə materialın bir qədər qalın və daha az elastik olması deməkdir. Bu isə öz-özlüyündə gördüyünüz işi yavaşlada bilər. Uyğun istiliyə dözümlü əlcəyi seçmək üçün gördüyünüz iş və ona uyğun istilik təhlükələrini qeyd edin. Bu təhlükələri dərəcələndirib, rahatlıqla oxşar dərəcədə EN 407 standartı olan əlcəyinizi tapa bilərsiniz.


7. EN 407 standartı keçərlidir

Istilik keçirmə materialdan və onun işlənmə formasından asılıdır. EN 407 standartı yalnız əlcəyin tamlığı qorunanda 100% keçərlidir. Digər hallarda performans daha aşağı düşə, ya da tamamilə yararsız hala gələ bilər. İstiliyə davamlı əlcəkdən istifadə etməmişdən əvvəl aşağıdakılardan əmin olun:

• Yanıq izi yoxdur

• Kəsilməyib, yaxud dəlinməyib

• Səth böyük ölçüdə aşınmayıb

• Deformasiya, sərtləşmə, yaxud əyilmə yoxdur.

• Təmiz və quru vəziyyətdədir.

Bunlardan əmin olduqdan sonra istiliyə davamlı əlcəyinizi EN 407 standartına uyğun şəkildə rahatlıqla istifadə edə bilərsiniz.

© Copyright 2020 PARROTIAS LLC 2021  |   All Rights Reserved   | 
  • LinkedIn
  • Facebook
  • Twitter
  • Pinterest
  • Instagram