Lateks Əlcəyi

Lateks, bəzi bitki və ağaclarda təbii olaraq tapılan zülal və birləşmələrin qarışığıdır. Lateks maye halında mövcud olmaqdadır, amma hal hazırda dünyada müxtəlif sahələrdə çox fərqli istifadəsi olan rezin materiala çevrilmişdir. Lateks əlcəklər, tibbi avadanlıqlar, şarlar, ayaqqabı və rezin oyuncaqlar kimi bir çox əşyalar hazırlamaq üçün istifadə olunur. Lateks əlcəklər kirşanlı (pudralı) və kirşansız (pudrasız) olmaqla 2 növə bölünür.

Kirşanlı əlcəklər qarğıdalı nişastası tərkibli olaraq hazırlanır. Beləliklə kirşan, əlcəklərin içərisində tər və nəm balansını azaltmaq kimi bir çox məqsədə xidmət edir. Əllərin daim quru və rahat saxlanılmasına köməklik edir, lateksin əllərə yapışmasının qarşısını alır və bu da istifadəçilərin asanlıqla əlcəklərini çıxararaq yeni bir cüt ilə əvəz etməsi üçün idealdır. Kirşanlı lateks əlcəklərindən istifadə edənlərin bəzilərində kirşan səbəbindən əllərdə bir növ allergiya (pudra allergiyası) və ya narahatlıq hiss oluna bilir.

Qarğıdalı nişastası tərkibindəki “likopodium” tozu ilə dəri toxumasının qıcıqlanmasına mane olur, lakin əlcəkərin tərkibindəki kirşan hər sahədə rahatlıqla istifadə oluna bilmir. Beləliklə, əməliyyatlar və digər həssas prosedurlar zamanı kirşansız əlcəklərə daha çox üstünlük verilir. Kirşansız əlcəklərin digərindən üstünlüyü, əllərə, avadanlıqlara və ya müxtəlif səthlərə əsasən də qida servisində kirşan qalıntısı buraxmamasıdır. Bundan əlavə, yeni növ kirşansız əlcəklər kirşanlı seçimləri kimi ələ geyilməsi asan olduğu üçün kirşanlı əlcəkləri əvəz edə bilir.

Fiziki Göstəricilər

Detallar

Funksional üstünlüklər:

• İstənmeyen və ya təhlükəli maddələrdən qorunma
• Muncuq formalı manjet asanlıqla geyinilmə və tərs çevirməyə imkan yaradır.
• Yumşaqlıq üstün rahatlıq və təbii uyğunluq təmin edir.
• Lateks materialı eltastik yumşaqlıq, uyğunluq və hissetməni təmin edir.
• Çoxyönlü və barmaqların tam oturması.

Keyfiyyət standartları:

• ASTM D3578 və EN455 standardlarına uyğundur
• ISO 9001:2015 and ISO 13485:2016 standardları əsasında istehsal olunmuşdur.
• Kirşanlı (pudralı) əlcək üçün USP dərəcəli udulabilən qarğıdalı nişastasından istifadə.

Əlcəyin ölçüləri

  • Ekstra-kiçik, Kiçik, Orta, Böyük, Ekstra-böyük (XS, S, M, L, XL)
  • Əlcəyin ölçüləri qablaşdırmanın hər birinin üzərində xüsusi nişanla qeyd edilmişdir.

Məhsulun özəllikləri

Növ : Kirşanlı & Kirşansız, Qeyri-steril
Material : Yüksək dərəcəli təbii rezin lateks
Rəng : Natural, Mavi, Yaşıl, Çəhrayı, Tünd mavi, Qara
Dad: Nanə, Vanil

Ölçülər ASTM D3578 EN 455
Uzunluq (mm)

Min 220 (XS, S)

Min 230 (M, L)

Min 240
Ovucun eni (mm)
• XS
• S
• M
• L
• XL

 

70±10
80±10
95±10
111 ± 10
M/D

 

≤ 80
80±10
95±10
110 ± 10
≥ 110

Qalınlıq :
Tək üzlü (mm)

• Barmaq
• Ovuc

 

 

Min 0.08
Min 0.08

 

 

M/D
M/D